
“Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, ötən mövsüm də "Araz"da çıxış edən Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.
- Donarumma Avropa nəhənglərinin maraq dairəsindədir
- Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib
- Tahir Gözel: “Xocalı soyqırımı heç vaxt unudulmayacaq”
- II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib
- Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb