Əli Abdullayev beynəlxalq turnirdə yarımfinala yüksəlib
14.03.2025 - 12:54

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.
Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.
- "Torino" icarə əsasında komandada çıxış edən müdafiıçini transfer edib
- Millimizin üzvü: "İngilislər heç də zəif komanda deyil"
- Sabiq "Fənər"lilər Tedeskonun transfer siyahısında - Ferdi Kadıoğlu, Kim Min Je...
- Konfrans Liqası: “Pafos” və “Sele” evdə qalib gəldi - YENİLƏNİB
- “Neftçi”dən rekord, “Qarabağ”dan yubiley
0
0