Özbəkistanlı boksçular Bakıda hazırlıq keçəcəklər
03.05.2025 - 16:42
Özbəkistanın yeniyetmə boksçuları təlim-məşq toplanışı keçmək üçün Bakıya gəliblər.
Apasport.az xəbər verir ki, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək.
Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.
- "Liverpul" və "Mançester Siti" Premyer Liqa forvardını hədəfləyir
- Təmsilçimiz Rusiyada bürünc medala sahib olub
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- "Atalanta" yetirməsi ilə müqavilə imzalayıb
- Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"
0
0