Qılıncoynadanlarımız Bolqarıstanın Sofiya şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət komandamız Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 23 yaşadək sablyaçıların komanda yarışında ikinci yer tutub.
İlk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edən sablyaçılarımız, ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəlib.
Sablya üzrə kişilərdən ibarət 23 yaşadək millimiz finalda Bolqarıstan yığmasına 35:45 hesabı ilə uduzaraq “EFC FFE Circuit” turnirinin gümüş medallarına layiq görülüb.
- "Fənərbaxça"da seçki tarixi bəlli olub - Ali Koç açıqladı
- "Mançester Yunayted" Şeşko uğrunda Premyer Liqanın 4 klubu ilə yarışacaq
- II Liqaya vəsiqə uğrunda pley-off görüşünün təyinatları açıqlanıb
- "Seltik" azarkeşləri UEFA-dan qorxmur: Etirazlara davam
- "Bavariya" Premyer Liqada yeni cinah müdafiəçisi tapıb