İtaliya çempionatında XX turunun son oyunları çərçivəsində Turin təmsilçisi “Yuventus” doğma meydanda “Kremonese”ni darmadağın edib. Görüş “qoca sinyora”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Apasport.az xəbər verir ki, “Yuventus” sonuncu dəfə İtaliya çempionatında beş və ya daha çox qol vurmağı 8 il əvvəl bacarıb.
Bu hadisə 4 fevral 2018-ci ildə qeydə alınıb. Həmin vaxt Turin klubu “Sassuolo”nu 7:0 hesabı ilə məğlub etmişdi.
İtaliya çempionatının növbəti turunda “Yuventus” səfərdə “Kalyari” ilə qarşılaşacaq. Görüş yanvarın 17-də keçiriləcək.
Hazırda Luçano Spallettinin rəhbərlik etdiyi komanda Seriya A-nın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
- Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb
- “Anfield”də “Qarabağ”ı dəstəkləmək istəyənlərin diqqətinə
- “Qalatasaray”dan Barış Alper Yılmaz və Abdülkerim Bardakcı açıqlaması
- "Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək
- Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək