Gimnastlarımız beynəlxalq turnirdə iki medal qazanıblar
26.05.2025 - 16:57
Azərbaycan gimnastları Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, yeniyetmələr kateqoriyasında Ömər Qasımlı ilə Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.
Böyüklər kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medal əldə ediblər.
- Azərbaycan kuboku: Finalın oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- Müller Kroosun uğurunu təkrarlayıb
- Argentina millisinin üzvü "Milan"ın radarına düşüb
- “Zirə” Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - Rəsmi
0
0