Həftəsonu Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 güləşçi təmsil edib.
Vüsal Əliyev (80 kq) debütant olmasına baxmayaraq, yarışa inamlı start verib. B qrupunda yer alan həmyerlimiz ukraynalı Oleksey Xarçukla serbiyalı Milyan Rayiçi 3:0, amerikalı Rodrik Lavı isə 4:0 hesabıyla üstələyib. Qrup lideri kimi yarımfinala yüksələn Əliyev ukraynalı Vasil Mixaylova uduzub – 0:2. Vüsal bürünc medal uğrunda görüşdə yenidən Lavla qarşılaşıb və cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəyə imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubov (90 kq) isə A qrupunda həm fransalı Leon Mayranda, həm də almaniyalı Kevin Qremə 3:0, iranlı Səid Larganiyə isə 5:2 hesabıyla qalib gəlib. Qrupdan lider kimi çıxan Yusubov yarımfinalda ukraynalı Nazar Doda şans tanımayıb – 3:0. İbrahim finalda Ukrayna yığmasının digər üzvü Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabıyla məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- "Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"
- İlkay Gündoğan: “Siti" ilə qarşılaşma mənim üçün qəribə olacaq"
- AL: "Beşiktaş" "Şaxtyor"la bacarmadı - YENİLƏNİB
- Arif Əsədov: "Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var" - Müsahibə