
Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalı baş tutacaq.
Apasport.az xəbər verir ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək.
Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin 27-30 aprel tarixlərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı Baku Crystal Hall-da 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.
Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.
- 25 güləşçimiz “Çempionlar” turnirində iştirak edəcək
- "Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib
- "Qalatasaray" Osimhendən sonra Edersonu da İstanbula gətirir - Detallar
- "İnter"in əsas oyunçusu "Barselona" ilə ilk oyunu buraxacaq
- “Qarabağ” – “Sabah” matçının təyinatları açıqlanıb