Tennis millimiz Moldova yığması ilə qarşılaşacaq
17.06.2025 - 16:22
Moldovada qadın idmançılar arasında keçirilən “Billie Jean King Cup” tennis turniri davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisi ev sahibi yığma ilə üz-üzə gələcək.
Ölkəmizi məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Mişel Cahangirova, Lalə Eyvazova və Lamiyə Hüseyn təmsil edir.
Qeyd edək ki, Azərbaycan yığması 3-cü qrupda mübarizə aparır. Komanda ötən gün açılış matçında irandiyalılara məğlub olub.
- Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır
- Okan Buruk: "Mourinyo ağlamağa davam etsin" - VİDEO
- Sərbəst güləşçilərimiz Avropa çempionatına Qaxda hazırlaşır
- Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar
- "Sumqayıt"dan növbəti transfer: Beninli vingerlə 3 illik müqavilə
0
0