İstanbul Baş Prokurorluğunun qanunsuz mərc oyunları ilə bağlı apardığı araşdırmalar davam edir.
Apasport.az yerli mediaya istinadla xəbər verir ki, istintaq orqanları "Adana Demirspor"un sabiq prezidenti Murat Sancak haqqında həbs qərarı çıxarıb.
Murat Sancak hüquqi prosedurlara uyğun olaraq tibbi müayinədən keçəcək. Tibbi müayinə başa çatdıqdan sonra Sancak ifadəsi alınmaq üçün polis qərargahına aparılacaq və məhkəmə prosesi burada davam etdiriləcək.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyasında bu səhər başlayan əməliyyatlarda tanınmış şərhçi Ahmet Çakar, "Fənərbaxça"nın üzvü Mert Hakan Yandaş və "Qalatasaray"ın gənc oyunçusu Metehan Baltacı da saxlanılıb.
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- "Real Madrid" daha bir futbolçu ilə müqavilə imzalayacaq - yayın son transferi
- “Neftçi” – “Turan Tovuz” matçının təyinatları açıqlanıb
- Amorim "Mançester Yunayted"dən 14 milyon avro alacaq
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.