
"Anderlext"in baş məşqçisi David Hubert "Fənərbaxça"ya qarşı oynayacaqları cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, Hubert ilk oyunda 3:0 məğlub olmalarına baxmayaraq, bugünkü oyun üçün ümidli olduqlarını bildirib:
"Keçən həftə çətin vəziyyətlə üzləşdik. Onların müdafiədə nə qədər yaxşı olduqlarını bilirik. Ən azı 3 qol vurmalıyıq. Bu, çətin vəziyyətdir. Amma futbol dünyasında buna bənzər nümunələr kifayət qədərdir. Biz də eyni şeyi yaşayırıq.Hər şey mümkündür, buna inanırıq".
Qeyd edək ki, "Fənərbaxça" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Belçika klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 00:00-da start götürəcək.