La Liqada səfərdə “Real Sosyedad”la qarşılaşan "Barselona" gözlənilməz məğlubiyyətlə üzləşib.
Hans-Dieter Flikin rəhbərlik etdiyi Kataloniya təmsilçisi oyun ərzində çoxsaylı qol imkanları yaratsa da, bunlardan yalnız birini dəqiq zərbə ilə tamamlayıb. Meydan sahibləri isə iki dəfə fərqlənərək matçı öz xeyrinə başa vurublar.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, “Barselona” 2006/07 mövsümündən bəri Avropanın ən güclü beş liqasından birində bir oyunda beş və ya daha çox dəqiq qol şansı yaradıb məğlub olan ikinci komanda olub.
Bu nadir göstərici daha əvvəl yalnız "Brayton"un 2020-ci ilin sentyabrında "Mançester Yunayted"lə Premyer Liqa oyununda qeydə alınıb.
Mənbənin sözlərinə görə, “Blauqrana” “Real Sosyedad”la görüşdə 6 dəqiq qol epizodundan yararlana bilməyib.
- "Çelsi" futbolçusuna astronomik qiymət qoyub - 115 milyon!
- "Trabzonspor" "Yuventus"u məğlub etdi, "Atalanta" ilə rəqib oldu
- “Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi
- "Aston Villa" - "Tottenhem" oyununun tarixi dəyişdirilib
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir