Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
21.10.2025 - 17:52
"Qalatasaray"ın futbolçusu Vilfred Sinqo daha 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Bodo-Qlimt"lə oyundan öncə keçirilən mətbuat konfransında məlumat verib:
"Sinqonun ən azı iki həftəsi daha var. Biz onu çox erkən oynadaraq risk etmək istəmirik. Görünür, onun sağalması üçün ən azı iki həftə lazımdır".
Qeyd edək ki, Sinqo Super Liqanın 8-ci həftəsində keçirilən "Beşiktaş" derbisində sol bud nahiyəsindən zədə almışdı.
- 14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor
- "Bavariya"nın forvardı "Dinamo"da - Rəsmi
- Nigar Mirzəliyeva: "Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq"
- İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub
- “Qalatasaray”dan transfer bombası: “İnter”in ulduzu üçün 35 milyon avro
0
0