Qyökereş "Sportinq"i boykot edir
30.06.2025 - 10:55
"Sportinq Lissabon"un hücumçusu Viktor Qyökereş hazırkı klubuna qayıtmaq fikrində deyil.
Apasport.az "Record"a istinadla xəbər verir ki, skandinaviyalı hücumçu yeni mövsümün startı üçün komanda ilə birgə məşq etmək istəmir.
Viktor cari transfer pəncərəsində klubunu dəyişməyə hazırlaşır. Daha əvvəl isveçli futbolçu ilə Londonun "Arsenal", "Mançester Yunayted" və "Liverpul" klublarının maraqlandığı bildirilirdi.
Ötən mövsüm 27 yaşlı forvard Portuqaliya çempionatında 33 oyun keçirib, 39 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Neymar: "İlk dəfədir ki, psixoloji yardım axtarmaq məcburiyyətində qalıram"
- AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat alıb
- Elvin Məmmədov: "Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm"
- "Mançester Yunayted" son 11 ildə ilk dəfə avrokuboklardan kənarda qalıb
- Tedeskodan Con Duran açıqlaması: "Bunu demək çətindir"
0
0