
İspaniyada çempionluq yarışından xeyli geri qalan "Barselona"da mövsümün sonunda Xavi Hernandezin ayrılacağı baş məşqçi postu üçün Ruben Amorimin adı gündəmə gəlməyə başlayıb.
Apasport.az "İndependent" nəşrinə istinadla xəbər verir ki, Kataloniya klubu "Sportinq Lissabon"un gənc məşqçisi Ruben Amorimi Xavinin potensial varisi kimi müəyyənləşdirib və danışıqlara başlayıb.
Amorimlə "Bavariya" və "Liverpul"un da maraqlandığı, lakin hər iki klubun "Bayer"də möcüzələr yaradan Xabi Alonsoya yönəlməsindən sonra "Barselona" bu transferdə üstünlük əldə edib.
2020/2021 mövsümündə 19 ildən sonra "Sportinq"i Portuqaliya Liqası çempionluğuna aparan Amorimin müqaviləsində 10 milyon avroluq sərbəst qalma maddəsi var. 39 yaşlı gənc məşqçinin "Sportinq"lə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
Qeyd edək ki, əzəli rəqibi "Real"dan 8 xal geri qalan "Barselona"nın baş məşqçisi Xavi Hernandez evdə "Vilyarreal"a 5:3 hesabı ilə məğlub olduqları oyundan sonra mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
- "Qalatasaray" üçün qara gecə, "Fənərbaxça" turun qapısını açdı - YENİLƏNİB
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Orxan Hüseynzadə “Qalatasaray” – “AZ Alkmaar” matçına təyinat alıb
- Ülvi Ağamirov 2-ci dəfə sumo yarışında əcnəbi hakim olub
- "Qalatasaray" 24 oyundur məğlub olmur