“Bavariya” "Leyptsiq"i darmadağın etdi – 5:1
17.01.2026 - 23:28
Almaniya Bundesliqasında keçirilən oyunda "Bavariya" səfərdə "Leyptsiq" üzərində inamlı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, görüş ev sahiblərinin erkən qoluyla başlasa da, münhenlilər qısa zamanda üstünlüyü ələ alıblar. Matç “Bavariya”nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində qolları Serj Qnabri (50), Harri Keyn (67), Yonaatan Ta (82), Aleksandar Pavloviç (85) və Mixael Olise (88) vurublar.
“Leyptsiq”in yeganə qolunun müəllifi isə Romulo Kardozo olub (20).
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- “Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
- Belal Muhammed: "Bu, Azərbaycan üçün böyük hadisədir"
- Perişiç "Barselona" yolunda
- Klub prezidenti: "Gənc oyunçular qələbəmizə böyük töhfə verdilər"
0
0