Denzel Dumfrisin "Liverpul" derbisindən əvvəl geri dönəcəyi gözlənilir
28.11.2025 - 09:57
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfrisin gələn ayın əvvəlində zədəsini sağaltması gözlənilir.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu dekabrın 9-da "Liverpul"a qarşı Çempionlar Liqasının növbəti matçından əvvəl meydana qayıdacaq.
29 yaşlı futbolçu "neradzurrilər"in 0:1 və 1:2 hesabı ilə uduzduğu "Milan" və "Atletiko Madrid"lə son iki matçı buraxıb.
Qeyd edək ki, "İnter" - "Liverpul" qarşılaşması dekabrın 10-u Bakı vaxtilə saat 00:00-da baş tutacaq.
- Nadir Nəbiyev: "İndiki halda limitin ləğv olunmasını istəməzdim, ancaq.."
- “Heydər Əliyev kuboku-2025”: Daha 10 boksçumuz mərhələ adlayıb
- "Atletiko Madrid" yeni qapıçı tapıb
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
- Fernandu Santuş: "Onlar özlərini göstərəndə dəvət alacaqlar"
0
0