Dörd klub "Barselona"nın müdafiəçisi ilə maraqlanır
20.05.2025 - 12:57
"Barselona"nın müdafiəçisi Erik Qarsiya yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçunun karyerasını davam etdirmək üçün bir neçə variantı var.
Qarsiya ilə "Bayer Leverkuzen", "Komo", "Real Sosyedad" və "Jirona" maraqlanır.
Qeyd edək ki, İspaniya çempionatının cari mövsümündə Qarsiya “mavi qranatlar”ın heyətində 28 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Əcnəbi hakimlərin idarə etdiyi "Qalatasaray" - "Fənərbaxça" matçları - Statistika
- Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək
- Millimiz Bəhreynlə bacarmadı - Heç-heçə etdi - YENİLƏNİB
- PFL Avropa Liqalarının Baş Assambleyasında təmsil olunub
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0