Osimhen daha bir qarşılaşmanı buraxacaq
24.11.2025 - 11:16
Super Liqada "Gençlerbirliği" ilə matçda zədə səbəbindən meydana çıxa bilməyən "Qalatasaray"ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.
Apasport.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, Osimhen Çempionlar Liqasında "Union SG" ilə matçda iştirak etməyəcək.
Nigeriyalı forvard müalicədən sonra məşqlərini zalda davam etdirir. Lakin "Fənərbaxça" derbisində iştirakı hələ də sual altındadır.
Qeyd edək ki, Super Liqanın XIV turu çərçivəsində "Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək.
- "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- NBA: "Leykers"dən növbəti qələbə, "Hyuston Rokets" məğlub oldu
- Saka "Arsenal"ın ən çox maaş alan oyunçusu olacaq
- Cüdo üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıqları Bakıda davam etdirir
0
0