"Fənərbaxça" - "Samsunspor" matçından sonra futbolçular arasında dava düşüb - VİDEO
17.03.2025 - 08:00
Türkiyə Super Liqasının 28-ci həftəsində "Fənərbaxça" evdə "Samsunspor"u qəbul edib.
Apasport.az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan matçda son fitin səslənməsi ilə “Fənərbaxça” ilə “Samsunspor” futbolçuları arasında gərginlik yaşanıb.
Stadion rəsmiləri və polis müdaxilə edərək hər iki komandanın futbolçularını sakitləşdirməyə çalışıb.
Qısa müddət ərzində qarşı tərəflər bir-birindən uzaqlaşdırılıb.
Qeyd edək ki, "Fənərbaxça" 2 xal itirərək çempionluq yolunda ciddi zərbə alıb. Xallarının sayını 62-yə çatdıran "sarı-lacivərdlilər" lider "Qalatasaray"dan 9 xal geri düşüb.
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- Adil Şükürov: "Kəpəz"lə ilkin danışıqlarımız olub, amma..."
- Mişel Platininin evi qarət olunub, 20-yə yaxın medalı oğurlanıb
- CEV prezidenti millimizin üzvləri ilə görüşüb
- Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb
0
0