Türkiyə Super Liqasının 9-cu həftəsində "Qalatasaray" sabah səfərdə "Başakşehir"lə qarşılaşacaq .
Apasport.az xəbər verir ki, "cimbom" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk sabahkı qarşılaşmada 2 əsas müdafiəçisinin köməyindən məhrum olacaq.
Belə ki, Liqanın 8-ci həftəsində "Beşiktaş" derbisində zədələnən Kot d-İvuar millisinin müdafiəçisi Vilfrid Sinqo və qırmızı vərəqə alan kolumbiyalı müdafiəçi Davinson Sançes "Başakşehir"ə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, matç saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Atilla Karaoğlan olacaq.
- "Futbol mərcləri"ndə yeni həbslər: Erden Timur da saxlanıldı - YENİLƏNİB
- İslam Oyunları: Daha bir təmsilçimiz final mərhələsinə yüksəlib
- Kaxaber Tsxadadze: “Bizim üçün çox vacib olan xalları qazanmalıyıq”
- Millimiz Ukraynaya məğlub oldu - YENİLƏNİB
- "Neftçi"nin sabiq futbolçusu: "Emin və Mahir olduqca keyfiyyətli futbolçulardır"