Flik: "Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik"
05.12.2025 - 19:43
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun müdafiəçisi Erik Qarsiya ilə müqavilənin uzadılmasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, Flik mətbuat konfransında Qarsiya ilə bağlı yüksək fikirlər səsləndirib:
“Çox xoşbəxtəm. O, bizim üçün çox vacib oyunçudur. Klubu çox yaxşı tanıyır və müqavilənin uzadılmasına tam layiqdir. Bu klubu hamıdan çox sevir. Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik. Niyə də olmasın? O, fantastik futbolçudur”.
Qeyd edək ki, müdafiəçi ilə yeni sözləşmə 2031-ci ilin yayınadək uzadılıb.
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
- "Liverpul" ardıcıl 7 oyundur ki, məğlub olmur
- Gədəbəyin stadionu şumlanıb - FOTOLAR
- "Roma" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlara başlayıb
0
0