İsrail çempionatının 20-ci turu çərçivəsində keçirilən "Makkabi Hayfa" - "Makkabi Təl-Əviv" matçında fasilə yaranıb.
Apasport.az xəbər verir ki, ilk hissədə "Tel-Əviv"in forvardı Dor Turqmanın rəqib azarkeşlər qarşısında penaltidən vurduğu qoldan sonra dava düşüb.
Bir neçə azarkeş meydançaya girməyə cəhd edib. İlk hissədə hayfalı azarkeşlər 4 dəfə meydançaya pirotexniki vasitələr ataraq matçı dayandırıb.
Meydandakı qalmaqal küçələrdə də öz əksini tapıb.
Belə ki, hadisələr zamanı 37 azarkeş, 5 polis yaralanıb.
Matç başlamazdan əvvəl polis hər iki komandanın 100-dən çox azarkeşini saxlayıb.
- "Sabah"ın yeni baş məşqçisi: "Güclü rəqiblərlə oynamaq istəyirəm"
- "Arsenal" və "Çelsi" "Aston Villa"nın oyunçusunu yaxından izləyir
- Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib
- “Beşiktaş” sol cinah üçün axtarışdadır: Əsas namizəd müəyyənləşib
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO