Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" futbolçunun transferində maraqlıdır. Jurnalist Ekrem Konurun məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi Neveş üçün rəsmi təklif irəli sürüb.
Mənbənin iddiasına əsasən, “mankunianlar” 27 yaşlı yarımmüdafiəçi üçün 23 milyon avro ödəməyə hazırdır. Rubenin “Əl-Hilal”la hazırkı müqaviləsinin bu yay başa çatması transfer ehtimalını daha da artırır.
Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə Səudiyyə Ərəbistanı klubunun heyətində 21 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Azərbaycan kuboku: Finalın oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Arne Slot "Kristal Palas"la görüşdə iştirak etməyəcək
- Nigeriya uduzdu, məşqçisi açıqladı: "Bizə cadu etdilər"
- Şahruddin Məhəmmədəliyev: "O zərbəni dəf etmək çox çətin idi"