Ölmədən məzara qoydular - Bolqarıstanda kuryoz hadisə
18.03.2025 - 13:48

Futbol üzrə Bolqarıstan Birinci Liqasında "Arda" doğma meydanda "Levski Sofiya"nı (1:1) qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma maraqlı hadisə ilə yadda qalıb.
Belə ki, matçın start fitindən öncə keçmiş futbolçu Petko Qançev üçün 1 dəqiqəlik sükut elan edilib. Lakin görüşün fasiləsində Qançevin ölmədiyi və sağ olduğu üzə çıxıb.
Bundan sonra "Arda" klubu üzr mesajı yayıb:
"Məlumat yanlışdır. Qançev sağdır. Ona sağlam ömür arzulayırıq".
Qeyd edək ki, 79 yaşlı Qançev 5 il "Arda"da çıxış edib və 120-yə yaxın qola imza atıb.
- "Fənərbaxça" rəhbərliyindən bənzəri görülməmiş mükafat: 5 milyon avro
- Əcnəbi hakimlərin idarə etdiyi "Qalatasaray" - "Fənərbaxça" matçları - Statistika
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Qaşim Maqomedov Yunanıstanda mükafatlandırılıb
- “Neftçi” “Murov Az Terminal”a uduzdu
0
0