“Barselona” yarımmüdafiəçisi Dani Olmonun son matçda aldığı zədə ilə bağlı rəsmi məlumat yayıb.
Apasport.az xəbər verir ki, La Liqada keçirilən “Atletiko Madrid” – “Barselona” oyununda ispan futbolçunun sol çiyni çıxıb. Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra Olmonun əməliyyatsız, konservativ müalicə üsulu ilə sağalacağı bildirilib.
“Blauqrana”nın açıqlamasına görə, yarımmüdafiəçinin bərpa müddəti təxminən bir ay olacaq. Bu səbəbdən Olmo 2025-ci ilin sonuna qədər meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Barselona” hazırda La Liqada liderdir və ən yaxın izləyicisi “Real Madrid”i 4 xal qabaqlayır.
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
- Pulişiç "Milan"ı tərk etmək istəyir
- Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nakaut edib
- Sanço İtaliya nəhənginin hədəfində
- “Fənərbaxça” Musaba üçün hərəkətə keçdi – Tedesko şəxsən istəyib