Xəbər verdiyimiz kimi, Millətlər Liqasının finalında Portuqaliya İspaniya millisini penaltilər seriyasında məğlub edib.
Apasport.az xəbər verir ki, bu, İspaniya millisinin üzvü Alvaro Moratanın yığmadakı son matçı ola bilər.
Qarşılaşmanın 111-ci dəqiqəsində meydana çıxan və final fitinə qədər mübarizə aparan Morata bu barədə mətbuata açıqlamasında bildirib:
"Hazırda yalnız matçda baş verənlər barədə düşünə bilirəm. Ehtimal ki, sentyabrda milli komandaya qayıtmayacam".
Hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən "Milan"ın hücumçusu 2014-cü ildən millinin şərəfini qoruyur. Forvard İspaniya yığmasının heyətində 86 matçda 37 qola imza atıb.
- İsrailli futbolçunun evinə bomba atılıb
- "Golden Boy" namizədləri açıqlanıb: Siyahıya 5 türk oyunçu daxil edilib
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- İslandiyalı yarımmüdafiəçi "Roma"nın hədəfində
- Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb