Osimhenin son durumu bəlli olub
19.11.2025 - 13:36
"Qalatasaray"ın forvardı Viktor Osimhenin son durumu bəlli olub.
Apasport.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aparılan MRT müayinəsində nigeriyalı hücumçunun sol arxa əzələsində orta dərəcəli gərilmə və kiçik qanama aşkarlanıb. Futbolçunun müalicə prosesinə artıq start verilib.
Məlumata görə, Nigeriya millisinin heyətində zədələnən forvard "Gençlerbirliyi" ilə oyunda meydana çıxa bilməyəcək.
Osimhenin “Fənərbaxça” derbisində forma geyinə biləcəyi isə sual altındadır.
- Amorim "Mançester Yunayted"dən 14 milyon avro alacaq
- "Çelsi"nin hücumçusu klubunu dəyişə bilər
- Azərbaycanla oyunda zədələndi, millinin heyətindən çıxarıldı
- Bombardir "Neftçi"yə qayıdır? - "Sabah"la müqaviləsi bitir
- "Qəbələ"nin yeni transferi Seydina: “Əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq”
0
0