İngiltərə Premyer Liqasında XXII turun bir neçə oyunu başa çatıb.
Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Mançester Yunayted" doğma meydanda "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib.
Digər oyunlarda "Çelsi" evdə "Brentford" üzərində 2:0 hesablı qələbə qazanıb. "Lids" minimal hesabla "Fulhem"i məğlub edib – 1:0.
“Enfild”də keçirilən görüşdə "Liverpul" və "Bernli" qalibi müəyyən edə bilməyiblər – 1:1.
Səfərdə oynayan "Sanderlend" "Kristal Pelas" üzərində 2:1 hesablı qələbə əldə edib. London derbisində isə "Vest Hem" evdə "Tottenhem"i 2:1 hesabı ilə üstələyib.
Günün son qarşılaşması da qolsuz yekunlaşıb - "Nottingem Forest" – "Arsenal" - 0:0.
- "Fənərbaxça" - "Ferençvaroş" matçını ispaniyalı referi idarə edəcək
- Aslan Kərimov: "Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq" - Açıqlama
- Kenan Yıldız Ronaldo və Del Pyeroya çatdı
- Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib
- "Barselona" top-5 liqada nadir göstərici ilə tarixə düşüb