
Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Ronaldinyo əfsanəvi fransız oyunçu Zinəddin Zidan haqqında fikirlərini bölüşüb.
Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, braziliyalı Zidanla oynaya bilmədiyi üçün peşman olduğunu bildirib:
"Mən həmişə Zidanın oyununa heyran olmuşam. Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam. O, mükəmməl futbolçudur. Mən ona çox hörmət edirəm".
Xatırladaq ki, Zidan futbolçu karyerası ərzində “Real Madrid”, “Yuventus”, “Kan” və “Bordo” klublarında çıxış edib. O, məşqçi kimi ancaq “kral” klubunda çalışıb. Fransız "Los Blancos"la ardıcıl 3 dəfə UEFA Çempionlar Liqasını qazanması ilə yadda qalıb.
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
- "Mançester Siti" braziliyalı futbolçu ilə anlaşıb
- "Fənərbaxça"dan Maximinə cavab: "Hüquqi addımlar atacağıq"
- “Turan Tovuz” – “Neftçi” matçının hakimləri bəlli olub