Yamal İspaniya millisinin heyətində ilk dubla imza atıb
06.06.2025 - 10:39
"Barselona"nın vingeri Lamin Yamal Millətlər Liqasının yarımfinalında Fransa ilə matçda iki qol vurub.
Apasport.az xəbər verir ki, matçın 54-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən 17 yaşlı futbolçu 67-ci dəqiqədə növbəti qolu vurub.
Bu, Yamalın milli komandadakı ilk dubludur.
Lamin Yamal İspaniya millisinin heyətində 20 oyunda ümumilikdə 6 qola imza atıb. Futbolçu 2023-cü ilin sentyabrında millidə debüt edib.
- Dünyanın ən gərgin derbiləri: "Qalatasaray" - "Fənərbaxça" derbisi neçəncidir?
- Argentina millisinin üzvü "Milan"ın radarına düşüb
- "Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb
- Fransa - Azərbaycan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli olub
- "Qalatasaray"dan İkardi və Barış Alper açıqlaması
0
0