“Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorim karyerasını Portuqaliya çempionatında davam etdirə bilər.
Apasport.az “Talksport”a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis Lissabonun “Benfika” klubunda menecer vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Hazırda “Benfika” ulduz məşqçi Joze Mourinyonun rəhbərliyi altındadır. Lakin təcrübəli çalışdırıcının gələcəyi hələ də qeyri-müəyyəndir. Belə ki, Mourinyonun müqaviləsində yay aylarında Portuqaliya millisindən təklif alacağı halda, komandadan erkən ayrılmaq bəndinin olduğu bildirilir.
Qeyd edək ki, “Benfika” bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparır.
- Sanço Bundesliqaya qayıtmaq istəyir
- 19 İyul – Dünya "Fənərbaxça"lılar Günüdür: Tarixi qara corablarla başlayan sevgi
- Bəhlul Mustafazadə: "Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq"
- Bundesliqa: “Bayer"dən inamlı qələbə
- Valdas Dambrauskas: “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki..."