Super Liqada 3-cü pillənin sahibi bəlli oldu
01.06.2025 - 22:02
Türkiyə Super Liqasında sonuncu - XXXVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
"Beşiktaş" səfərdə "Bodrumspor"u darmadağın edib - 4:0.
"Samsunspor" isə evdə "Kayserispor"u qəbul edib. Dramatik keçən görüşdə ev sahibləri hesabda 1:0 geri düşsələr də, 90+5 və 90+7-ci dəqiqədə fərqlənərək 3 xala sahib çıxıblar.
Beləliklə, ən yaxın rəqibi "Beşiktaş"ı 2 xal qabaqlayan "Samsunspor" 64 xalla mövsümü 3-cü pillədə başa vurub.
- ÇL: "Araz-Naxçıvan"ın 1/8 finalın püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib
- "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"
- "Başakşehir" hücumçusu ilə yollarını ayırıb
- Peddi Pimblett: "Topuria 2 ölkəyə də yaltaqlanır, artıq ürəyim bulanır"
- U-17 və U-19 millilərimizin rəqibləri məlum olub
0
0