Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər
04.06.2025 - 15:21
"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, serbiyalı forvard bu yay "Atletiko Madrid"ə keçə bilər.
İddialara görə, klub rəhbərliyi Vlahoviçin “Yuventus”la danışıqlarını fəal şəkildə izləyir.
Duşanın “Qoca sinyora” ilə sözləşməsi gələn ilin yayında başa çatacaq və rəhbərlik onunla yeni müqavilə uzatmaq istəmir. 2022-ci ilin yanvarında "Yuventus" Vlahoviç üçün "Fiorentina"ya 82 milyon avro ödəmişdi.
Qeyd edək ki, daha əvvəl İstanbul təmsilçilərindən "Fənərbaxça" da futbolçu ilə maraqlanırdı.
- Ali Koç "Qalatasaray"ın Osimheni almasına razılıq verib
- "Çelsi" "Yuventus"dan forvard almaq istəyir
- "Fənərbaxça"nın gündəmində olan futbolçu Ronaldonun komanda yoldaşı ola bilər
- "Qırmızı şeytanlar” "Malmö"nün qapıçısı ilə maraqlanır
- Valdas Dambrauskas: “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki..."
0
0