Andrius Gedqaudas: “Litva və Azərbaycan millilərini yüksək səviyyəsinə görə fərqləndirmək olmaz”
24.03.2008 - 11:10
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Litva millisinin sabiq yarımmüdafiəçisi Andrius Gedqaudas deyib. Ötən ilədək yığmaya cəlb olunan Bakının “İnter” klubunun futbolçusu bu dəfə millidən kənarda qalıb: “Çağırsaydılar, oynayardım. Oyunu izləmək imkanım olsaydı, məmnuniyyətlə baxardım. Maraqlıdır ki, kim üstün olacaq? Mən də özümüzünkülərə azarkeşlik edəcəyəm”. A. Gedqaudas martın 26-da milli komandalar arasında keçiriləcək Litva – Azərbaycan qarşılaşması haqda artıq komanda yoldaşları ilə söhbət edib: “Litva millisində yaxın dostluq etdiyim birisi yoxdur. Düzdür, hamı ilə münasibətim var, amma o dərəcədə deyil ki, onlar əlaqə saxlayıb, qarşıdakı oyun haqda mənimlə danışsınlar”.
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
0
0