Azərbaycanlı futbolçu “Krımteplitsa”nın heyətində ilk qolunu vurub
24.03.2008 - 13:44
Molodyojnoye. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan milli futbol komandasına namizəd Ruslan Zeynalov yeni komandasında qol hesabını açıb. “APA-Sport” agentliyinin məlumatına görə, 24 yaşlı hücumçunun çıxış etdiyi “Krımteplitsa” klubu Ukrayna çempionatının birinci dəstəsində növbəti qələbəsini qazanıb. 21-ci turun görüşündə Molodyojnoye təmsilçisi “Sevastopol”u 4:2 hesabı ilə məğlub edib. R. Zeynalov 37-ci dəqiqədə yeni komandasının heyətində ilk qolunu vurub. 10 dəqiqə sonra isə hücumçu sarı vərəqə ilə cəzalanıb. Maraqlıdır ki, bu matçın hakimi 4 penalti zərbəsi təyin edib. Meydan sahibləri 1, qonaqlar 3 dəfə cəzalanıb. Bu qələbədən sonra 29 xalı olan “Krımteplitsa” 10-cu pilləyə qalxıb. Martın 28-də keçiriləcək növbəti turda R. Zeynalovun komandası autsayderlər qrupunda qərarlaşan “Prikarpatye”nin qonağı olacaq.
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
0
0