Azərbaycanın futbol yığması Litva millilərinə minimal hesabla məğlub olub
27.03.2008 - 11:47
Milimiz Vilnüs şəhərinin “Vetra” stadionunda keçirilən matçın yarıdan çoxunu azlıqda keçirməli olub. Oyunun moldovalı baş hakimi İqor Şatski 33-cü dəqiqədə yığmamızın sol cinah müdafiəçisi Elnur Allahverdiyevə ikinci sarı kart göstərərək meydandan qovub. Litvalılar qələbə topunu komandamız azlıqda qalandan sonra vurmağa müvəffəq olublar. 38-ci dəqiqədə Arunas Klimaviçus topu Fərhad Vəliyevin qoruduğu qapıdan keçirib. Qeyd edək ki, Litva və Azərbaycan milli komandaları arasında on il əvvəl keçirilən ilk görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Azərbaycan milli yığma komandası növbəti yoldaşlıq görüşünü iyunun 2-də səfərdə Andorra yığması ilə keçirəcək.
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
0
0