Azərbaycan Premyer Liqasının 9 klubu cəzalanıb
02.04.2008 - 17:07
Azərbaycan Premyer Liqasının 9 klubu cəzalanıb
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan Premyer Liqasının klubları 800 manat cərimə ödəyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 16 futbolçunun qarşıdakı turlarda iştirakı üçün komandası 50 manat xərcə düşməlidir. Azərbaycan Premyer Liqasının 20-ci turunda sarı vərəqə ilə cəzalanan 33 oyunçudan 16-sı ən azı 4-cü dəfə xəbərdarlıq alıb. Samir Paşayev, Ruslan Hüseynov (hər ikisi ABN), Aleksandr Malıgin (“Simurq”), Rövşən Əmiraslanov (“Masallı”), Sebastyan Martines, Leonardo Roşa (hər ikisi “Standard”), Fernando Peres 5-ci, Aleksandr Qoqoberişvili (hər ikisi “Bakı”), Tornike Aptsiauri 6-cı, Samir Zərgərov (hər ikisi “Qəbələ”), Aleksandr Çertoqanov (“Neftçi”) 7-ci, Aqil Nəbiyev 9-cu, Fərrux İsmayılov, Junivan Suares (hamısı “Olimpik”) , Petar Zlatinov 4-cü, Qoran Arnaut (hər ikisi “İnter”) 8-ci sarı vərəqəsini alıb. “Olimpik” hamıdan çox 150, “Standard”, “Bakı”, “Qəbələ”, “İnter” və ABN hərəyə 100 manat xərcə düşüb. 3 klub 50 manat ödəyəcəksə, Premyer Liqanın 5 iştirakçısı ziyana düşməyib.
0