"Neftçi" və "Turan Tovuz"a növbəti cərimə
26.12.2024 - 21:31
"Neftçi" və "Turan Tovuz"a növbəti cərimə

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda Əvəzedicilər Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

22 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XVIII turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

22 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XVIII turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37).

1