AFFA “İnter” klubunu cəzalandırıb
26.05.2008 - 14:58
AFFA “İnter” klubunu cəzalandırıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK Azərbaycan kubokunun finalçısı olan Bakının “İnter” klubunu cəzalandırıb. “İnter” mayın 24-də “Xəzər-Lənkəran”la keçirilən final görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat məbləğində cərimələnib. Azərbaycan çempionatının birinci divizionunda çıxış edən MOİK, NBC və “MKT-Araz” klubları oyunçuları nəzərdə tutulduğundan çox sarı vərəqə aldığından 100 manat ziyana düşüb. MOİK-lə görüşdə ikinci sarı vərəqə aldığı üçün meydandan çıxarılan NBC-nin futbolçusu Samir Quliyev bir oyunluq diskvalifikasiya olunmaqla yanaşı, 20 manat cərimələnib. “MKT-Araz”ın futbolçusu Rəmzi Xubalıyevin cəzası isə ağır olub. Belə ki, “Bakılı” ilə matçdan sonra rəqibini bilərəkdən vurduğuna üçün qırımızı vərəqə göstərilən R.Xubalıyev iki oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, AFFA NİK-nin kəsdiyi cərimələrə əsasən cərimələrə əsasən, bu gün 1520 manat qazanıb.
0