Berti Foqts: “Finalda “Xəzər-Lənkəran”ın bəxti gətirdi”
26.05.2008 - 15:57
Almaniyalı mütəxəssis Azərbaycan kubokunun “Xəzər-Lənkəran”la “İnter” arasındakı final matçından razı qalıb: “İnter”in hücumçusu Valter Quqlemon zədələnərək meydanı tərk etdi. Bundan sonra “İnter”, demək olar ki, hücumçusuz oynadı. Ancaq qeyd etmək lazımdır ki, “Xəzər-Lənkəran” 120 dəqiqə ərzində daha yaxşı təsir bağışladı. Bu, indiyədək Azərbaycanda gördüyüm ən yaxşı oyunlardan biri idi”. 62 yaşlı mütəxəssis final oyununun təşkilatçılığı, həmçinin oyuna kifayət qədər tamaşaçının gəlməsini də vurğulayıb: “Finalın təşkilatçılığına gəlincə, hər şey yüksək səviyyədə oldu. Hesab edirəm ki, təşkilatçılıq baxımından görüş Almaniya Kubokunun finalından heç nədə geri qalmırdı. Kubokun finalı təkcə bu mərhələyə yüksəlmiş komandalar və onların azarkeşləri üçün deyil, bütün ölkə üçün bayrama çevrilməlidir. Bütün regionlardan azarkeşlər finalın keçirildiyi stadiona axışmalıdır. Axı kubokun finalı mövsümün kulminasiyasıdır”.
0
0