“Olimpik” – “Qarabağ” matçını idarə etmək Babək Quliyevə tapşırılıb
26.05.2008 - 16:44
“Olimpik” – “Qarabağ” matçını idarə etmək Babək Quliyevə tapşırılıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının 2007/08 mövsümünün son turunu idarə edəcək hakimlərin adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, çempionluğun taleyinin həll ediləcəyi “Olimpik” – “Qarabağ” görüşünü idarə etmək FİFA hakimi Babək Quliyevə etibar olunub.

27 may

“Standard” – “Gənclərbirliyi”

Baş hakim: Rövşən Əhmədov. Hakim-köməkçiləri: Rauf Məmmədov, Səbuhi Əmrahov, Rəşid Hüseynov

“Bakı” – “Turan”
Baş hakim: Zöhrab Qədiyev. Hakim-köməkçiləri: Aydın Ələkbərov, Munis Abdullayev, Venera Muradova

“Masallı” – “Karvan”
Baş hakim: Fariz Yusifov. Hakim-köməkçiləri: İlham Əliyev, Elşən Durmuşov, Zahid Həşimov

28 may

“Simurq” - “Xəzər-Lənkəran”

Baş hakim: Əfqan Həmzəyev. Hakim-köməkçiləri: Elman Musayev, Eldar Nağıbəyov, Zahid Musayev

“Olimpik” – “Qarabağ”
Baş hakim: Babək Quliyev. Hakim-köməkçiləri: Ramiz Əsədov, Azər Əsgərov, Ceyhun Haşımov

“İnter” – “Qəbələ”
Baş hakim: Anar Salmanov. Hakim-köməkçiləri: İsgəndər Əliyev, Azad Ə.Hüseynov, Tahir Əhmədov
0