Azərbaycan çimərlik futbolu yığmasının Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib
29.05.2008 - 17:02
Azərbaycan çimərlik futbolu yığmasının Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib
Bakı. Aqşin Əliyev - APA-Sport. Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız Fransa, Rusiya, Macarıstan, Almaniya, Türkiyə, Norveç və İngiltərə ilə birgə B qrupunda yer alıb. Braziliyalı Qustavo Enrike Zlokkovik Silvanın yetirmələri 1/4 finalda bu kollektivlərdən biri ilə qarşılaşacaqlar. Milli komandamızın bu mərhələdəki konkret rəqibi hələlik məlum deyil. Ümumiyyətlə, qrup mərhələsi 1/4 final, yarımfinal və final formatında olduğundan bir komanda maksimum üç oyun keçirəcək. Bütün matçlar iyulun 4-dən 6-dək Fransanın Tin şəhərində baş tutacaq. İtaliyanın Linyano şəhərində təşkil olunacaq A qrupunun oyunlarında isə Avropanın digər 8 komandası mübarizə aparacaq. Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq kollektivlər və ən yaxşı göstəricilərlə 3-cü olmuş bir yığma Superfinala vəsiqə qazanacaq. Superfinal 22-24 avqustda Portuqaliyanın Vilya Real şəhərində keçiriləcək.
0