Anatoli Demyanenko: “Komandamızın UEFA kubokuna yüksəlməsi realdır”
03.06.2008 - 16:37
- Anatoli Vasilyeviç, yeni transferlərlə bağlı hansısa yenilik varmı?
- İyunun 6-da Bakıya qayıdacağam. Həmin vaxt bu haqda lazımi məlumat verə bilərəm. Hazırda bu istiqamətdə iş getdiyindən konkret ad çəkmək istəmirəm.
- Bakıya qayıdanadək uzun illər çalışdığınız Kiyevin “Dinamo” klubundan “Neftçi”yə hansısa təcrübəli futbolçunun transferi baş tuta bilərmi?
- Təcrübəli futbolçular “Neftçi” klubunda da var. Bəli, “Dinamo”dan transferlər nəzərdə tutulub. Hətta onlardan biri gənc yarımmüdafiəçi olsa da, təcrübəsi kifayət qədərdir. Hər halda, nəzərdə tutduğum futbolçu “Dinamo”nun əsas komandasının heyətində də meydana çıxıb.
- Ümumiyyətlə, komandada hansı mövqenin gücləndirilməsini zəruri sayırsınız?
- Bütün mövqeləri. Bizə həm müdafiəçi, həm yarımmüdafiəçi, həm də hücumçu lazımdır. Hətta Vladimir Miçoviçlə rəqabəti gücləndirə biləcək qapıçıya da ehtiyacımız var. Yeni futbolçular əsasən həmyerlilərim olacaq. Bu yöndə danışıqlar müsbət yekunlaşmaq üzrədir. Məsələ tam həllini tapandan sonra açıqlama verəcəyəm.
- Artıq bir transfer reallaşıb. Sofiyanın “Lokomotiv” klubundan cəlb edilən bolqarıstanlı yarımmüdafiəçi Março Dafçev haqda nə deyə bilərsiniz?
- Dafçev böyük təcrübəyə malik futbolçu, yaxşı oyun qurucusudur. Bizə məhz belə mövqedə çıxış edən yarımmüdafiəçi lazımdır.
- İntertoto kubokunda ilk rəqib olan Slovakiyanın “Nitra” klubu 2 il öncə həmyerlilərinizlə qarşılaşıb. Dnepropetrovskun “Dnepr” klubundan “Nitra” haqda lazımi məlumat toplaya bilmisinizmi?
- Slovakiyalıların “Dnepr”lə görüşməsi, bu komandaya uduzmasından xəbərdaram. Həmyerlilərimdən “Nitra” haqda müəyyən informasiyalar alacağam.
- Bu komandanı üstələmək şanslarınızı necə dəyərləndirirsiniz?
- “Nitra” səddini keçmək mümkündür. Sadəcə, əsas problem hazırlığın necə olacağından asılıdır. Əsas futbolçularımız hazırda Azərbaycan yığmasının heyətindədir. Onlar səfərdən yorğun qayıdacaq ki, bu da heyətdəki balansı pozacaq. Vaxtımız isə azdır.
- İntertoto kuboku mövsümə hazırlıq planlarına mənfi təsir göstərdiyi üçün bir çox klublar bu turnirdən çıxış etmək istəmir...
- Öncə biz də qatılmaq istəmirdik. Ancaq çıxış etməyi qərara aldıq. İmtina böyük məbləğdə cərimə bahasına başa gəldiyi üçün yarışa qatılmağı daha məqsədəuyğun saydıq.
- İntertoto kubokunda qarşıda hansı vəzifə duracaq?
- Mümkün qədər çox irəliləməyə çalışacağıq.
- “Nitra” səddi keçilsə, sonrakı iki mərhələdə rəqib Belçikanın “Jerminal” və Rumıniyanın “Vasluy” klublarıdır. Belə olan halda, UEFA kubokuna vəsiqə qazanmaq realdır?
- Niyə də yox? İntertotodan UEFA kubokuna yüksəlməyi real sayıram. Komandanı gücləndirmək, heyətdə rəqabəti artırmaq yönündə çalışırıq. Futbolçu inkişaf edəndə, komandanın da səviyyəsi qalxır. Avropa miqyaslı yarışlar isə öz gücünü göstərmək baxımından yaxşı imkandır.
- Hazırda Azərbaycan yığmasının heyətində olan ukraynalı Aleksandr Çertoqanovla serbiyalı hücumçu Branimir Subaşiçi komandada saxlamaq fikrindəsiniz?
- Bəli, onlar mənə lazımlı futbolçulardır.
- Son üç mövsümdə titulsuz qalan “Neftçi” klubundan qarşıdakı Premyer Liqada uğurla çıxış etmək gözlənilir. Son yarım ildə komandanı çalışdırmış mütəxəssis kimi hansı səhvlərdən nəticə çıxarıb, bunu təkrarlamamalısınız?
- İlk növbədə böyük motivasiya olmalıdır. Futbolçular meydanda bütün güclərini qoymalı, sonadək mübarizə aparmalıdırlar.
- Komandanın sükanı arxasında olduğunuz dövrdə futbolçularda bu keyfiyyət görmədiniz?
- Dediklərim mənim vaxtımda da var idi. Sadəcə, nəticə qazanmadıqsa, görünür, bu lazımi səviyyədə deyilmiş. İkinci dövrəyə uğurla start götürdük. Dalbadal qələbələr qazandıq. Sonda bu amil ziyanımıza işlədi. Futbolçularımız ardıcıl qələbələrdən sonra rahatlaşdılar. Bunun əziyyətini mövsümün sonunda çəkdik. Əslində, belə olmamalıdır. Qələbələrdən qətiyyən arxayınlaşmayıb, mübarizəni sonadək davam etdirmək lazımdır.

0
0