Berti Foqts: “Azərbaycan yığmasının Almaniyanı məğlub etməsi mümkün deyil”
04.06.2008 - 10:53
Bakının çox gözəl şəhər olduğunu deyən almaniyalı mütəxəssis azərbaycanlıları da tərifləyib: “Bakı italyan şəhərinə bənzəyir. İnsanları da çox səmimidirlər. Burada benzin elə də baha deyil, 39 sentdir. Bir də ki, avtomobilim olmadığından, benzinin qiyməti məni maraqlandırmır. Azərbaycan mətbəxi çox maraqlı və rəngarəngdir. Yaxın Şərqin təsiri hiss olunur”.
2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının Rusiyanı məğlub etməsinin çətin olduğunu söyləyən 62 yaşlı mütəxəssis digər favorit Almaniya ilə müqayisədə şansları az da olsa qənaətbəxş sayıb: “Çox çətin bir qrupa düşmüşük. Güclü rəqiblərdən birini məyus etmək istəyirik. Bizim üçün ən əsası yaxşı oynamaqdır. Rusiya ilə görüşdə şansımızın az olduğunu bilirik. Bununla belə, rusiyalılara çətin anlar yaşatmağa çalışacağıq. Eşitdiyimə görə, Moskvada milyondan çox azərbaycanlı yaşayır. Ümumiyyətlə, rus klublarında yığmada oynaya biləcək futbolçular axtarmaq istəyirəm. Elə yaşda deyiləm ki, psixoloji təsir məni sıradan çıxarsın. Əslində Azərbaycan yox, Rusiya psixoloji təzyiq altındadır”. Almaniya yığmasını qarşıdakı Avropa çempionatının (AÇ) final mərhələsinə aşkar favorit hesab edən B.Foqts Bakıda avqustda 40 dərəcə istinin həmyerlilərinə mənfi təsir etməyəcəyini gizlətməyib: “Bu da almaniyalı futbolçuların çox yaxşı hazırlıqlı olması ilə bağlıdır. Azərbaycanın Almaniyanı məğlub etməsi mümkün deyil, Bu, təmiz xülyadır. “Almaniya və Rusiyanı yenmək əvəzinə gedib, loto oynamaq daha yaxşı olardı” demişəm. Futbolda hər şey mümkün olsa da, mən xəyalpərəst yox, realistəm. Azərbaycanın qrupda bəxtinin gətirməsini, 2010-cu il dünya çempionatının final mərhələsinin düşmək şansının real olduğunu futbolçular yox, jurnalistlər deyirlər. Mən bu mövzu ilə belə fikir bildirməmişəm. Rusiya 2008-ci il final mərhələsinə bəxtinin yox, futbolçuların və məşqçisinin yüksək peşəkarlıq səviyyəsi hesabına vəsiqə qazandı”.
Qeyd edək ki, B.Foqts Almaniya və Rusiyanın AÇ-nin final mərhələsində oyunlarını izləməyi planlaşdırıb.

0
0