Azərbaycanın iki futbolçusu Litvanın “Gintra Universitet” klubuna transfer olub
04.06.2008 - 12:17
Hər iki futbolçu ilə 6 aylıq müqavilə bağlanılıb. Şaulyay şəhərini təmsil edən “Gintra Universitet” bu il ölkə çempionu titulunu qazanaraq, UEFA kubokunda iştirak hüququna yiyələnib. Artıq həmyerlilərimiz yeni komandalarının heyətində debüt ediblər. Baltika Liqasının 1/4 final mərhələsi çərçivəsində Latviyanın “Skonto-Seriba” klubuna qarşı forma geyən futbolçularımız hətta qol hesablarını da açıblar. A.Ələkbərova iki, N.Rzayeva isə bir qol vurub. Nəticədə rəqibini 4:0 hesabı ilə məğlub edən “Gintra Universitet” turnirin yarımfinalına yüksəlib.
Qeyd edək ki, 19 yaşlı A.Ələkbərova və 16 yaşlı N.Rzayeva ötən il Bakının “Ruslan-93” klubunun heyətində Azərbaycan çempionu olub.
Qeyd edək ki, 19 yaşlı A.Ələkbərova və 16 yaşlı N.Rzayeva ötən il Bakının “Ruslan-93” klubunun heyətində Azərbaycan çempionu olub.
0
0