İtaliya yığmasının müdafiəçisi Fabio Kannavaro əməliyyat olunub
04.06.2008 - 16:02
Bakı - APA-Sport. İtaliya yığmasının müdafiəçisi Fabio Kannavaro məşq vaxtı zədə aldığı topuq nahiyəsindən əməliyyat olunub. «APA-Sport» agentliyinin məlumatına görə, İtaliya Futbol Federasiyası yarım saatadək davam edən əməliyyatın uğurla keçdiyini açıqlayıb. 35 yaşlı futbolçunun bərpasına bir neçə ay lazım gələcək. Bu səbəbdən, F.Kannavaro 7 – 29 iyunda Avstriya və İsveçrədə təşkil ediləcək Avropa çempionatını buraxacaq. Lakin o, qitə birinciliyinin keçiriləcəyi dövrdə İtaliya yığması ilə birgə olacaq.
0
0