Luis Araqones: “Avropa çempionu olmaq istəyirəm”
04.06.2008 - 16:17
Luis Araqones: “Avropa çempionu olmaq istəyirəm”
Bakı – APA-Sport. “Avropa çempionluğunu qazanmaq istəyirəm. ¼ finala vəsiqə ilə kifayətlənən deyiləm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Araqones deyib. İyunun 7-də start götürəcək Avropa çempionatında İspaniya yığmasının şanslarını dəyərləndirən L.Araqones qrup mərhələsini asanlıqla dəf edə bilməyəcəklərini söyləyib: “Hətta Braziliya yığması ilə oynasaq belə, qələbəyə köklənirəm. D qrupunun tərkibinə nəzər yetirdikdə, ¼ finala asanlıqla vəsiqə qazanmağın mümkünlüyü qənaətinə gəlirik. Amma Avropa çempionatının startına çox az qaldığı vaxt bu məsələnin həlli daha çətin görünür. Məsələn, İsveç millisi hazırda zəif deyil, hətta bəlkə də bizdən güclüdür. Statistika da böyük turnirlərdə isveçlilərin daha yaxşı çıxış etdiklərini göstərir”.
Qeyd edək ki, İspaniya millisi qitə birinciliyində İsveç, Rusiya və Yunanıstanla eyni qrupda mübarizə aparacaq.
0