Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında ilk qələbəsini Andorra üzərində qazanıb
05.06.2008 - 09:58
Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında ilk qələbəsini Andorra üzərində qazanıb
“APA-Sport” agentliyinin məlumatına görə, yığmamız almaniyalı mütəxəssisin rəhbərliyi altında səfərdə keçirdiyi yoldaşlıq görüşündə Andorranı 2:1 hesabı ilə üstələyib. La Vellada baş tutan matçda komandamızın hər iki qolunu fasiləyədək milliləşən legionerlər vurub. Bakının “Olimpik” klubundan heyətə çağırılan 26 yaşlı braziliyalı Luiş Fabio Ramimə qol hesabını açmaq üçün iki oyun kifayət edib. 17-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirməklə fərqlənən Ramimin ikinci qolda da rolu olub. Məhz onun yerinə yetirdiyi künc zərbəsindən sonra Branimir Subaşiç hesabdakı üstünlüyü iki topa çatdırıb. Andorralılar da matçda yeganə qolunu standard vəziyyətdən sonra vurublar. 50-ci dəqiqədə Toni Lima cərimə zərbəsindən sonra topu başla Fərhad Vəliyevin qoruduğu qapıdan keçirib.
Seçmə komandamız 2010-cu il dünya çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünü avqustun 20-də səfərdə İslandiyaya qarşı keçirəcək.
0