AFFA rəhbərliyi Almaniyada “Ayntraxt” klubu ilə əməkdaşlığı müzakirə edib
06.06.2008 - 14:09
Frankfurt. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandası ilə birgə Almaniyada olan AFFA rəhbərliyi bu gün “Ayntraxt” klubunun idarə heyətinin üzvü Peter Fişerlə görüşüb. “APA-Sport” agentliyinin məlumatına görə, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov, Marketinq və Reklamlar Departamentinin rəisi Cavid Qarayevlə yanaşı, 21 və 17 yaşlılardan ibarət yığma komandalarımızın baş məşqçisi Bernard Lippert iştirak edib. 46 yaşlı almaniyalının məşqçilik karyerası Frankfurtu təmsil edən bu klubla bağlı olub. Görüşdə AFFA ilə bundesliqada çıxış edən “Ayntraxt” klubu arasında əməkdaşlıq barədə müzakirələr aparılıb.
Qeyd edək ki, iyunun 4-də Andorra ilə yığması ilə yoldaşlıq görüşündən sonra milli komandamızı vətəninə aparan almaniyalı baş məşqçisi Berti Foqts bu gün Frankfurtda onları tibbi müayinədən keçirəcək.

0
0